Əsgər bayraqla havaya uçdu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı, Video

Əsgər bayraqla havaya uçdu – VİDEO

Əsgər bayraqla havaya uçdu


Meksikada hərbi keçid zamanı bayraq tutan adam ölümdən qayıdıb.

ANS PRESS-in məlumatına görə, ölkənin Duranqo şəhərində keçirilən hərbi tədbirə nəhəng bayraq gətirilib. Bayrağı hər tərəfdən çox sayda əsgər tutub. Lakin güclü külək əsdiyi üçün hərbçilər bayrağı tuta bilməyəcəklərini anlayıb və onu buraxıblar.

Əsgərlərdən biri inad edərək bayrağı buraxmayıb. Bu zaman o, nəhəng parça ilə birlikdə havaya qalxıb və bir müddət havada bayraqdan asılı vəziyyətdə qalıb.

Külək səngiyəndə isə bayraq yerə düşüb. Bu zaman əsgər də bayraqla birlikdə yerə çırpılıb. Xoşbəxtlikdən inadkar hərbçiyə ciddi xəsarət dəyməyib. O, bu hadisədən yüngül xəsarətlərlə xilas ola bilib. Video görüntü isə internetdə sürətlə yayılaraq böyük marağa səbəb olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *