“Ağdamlı Faiq” avtoxuliqanlığı təbliğ edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

“Ağdamlı Faiq” avtoxuliqanlığı təbliğ edir – VİDEO

“Ağdamlı Faiq” avtoxuliqanlığı təbliğ edir


Özünü “Ağdamlı Faiq” kimi təqdim edən şəxs saxta profil vasitəsi ilə “Facebook”un canlı yayımında avtoxuliqanlıq edir.

AzNews.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, o, canlı yayım zamanı avtomobillərin intensiv hərəkət etdiyi yola çıxaraq təhlükəli manevrlər etməyə başlayır.

Üstəlik, saatda 160 kilometrdən artıq sürətlə gedərkən, özünün də dediyi kimi “bir əlində telefon, bir əlində sükan” olur.

O, bu hərəkətləri edə-edə izləyicilərinin suallarını da cavablandırır və özünə haqq qazandırmağa çalışır.

“Ağdamlı Faiq” bu hərəkətləri mütəmadi şəkildə etdiyini deyir. Açıq şəkildə avtoxuliqanlığın təbliği ilə məşğul olan şəxsin əsas izləyiciləri isə azyaşlılar və gənclərdir. Gənclərin suallarını cavablayan Faiq öz “məharətindən” ağız dolusu danışır. Hətta bir dəfə canlı yayımda qəza etdiyini də deyir.

Qeyd edək ki, bu görüntülər Ağdamda qeydə alınıb. Ümumiyyətlə isə, son dövrlər bu cür hallara tez-tez rast gəlinir. Özlərini avtoxuliqan zənn edənlər sosial şəbəkələrdə bu hərəkətlərini izləyiciləri ilə paylaşırlar və qanunsuz hərəkətlərini təbliğ edirlər.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu görüntülər araşdırılacaq, rayon üzrə təhlükəsizlik kameralarına baxış keçiriləcək və qanun çərçivəvində bütün tədbirlər görüləcək.


Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *