Telefon dələduzu Faiq Ağayevi də aldatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Maqazin, Foto

Telefon dələduzu Faiq Ağayevi də aldatdı – FOTO

Telefon dələduzu Faiq Ağayevi də aldatdı


Xalq artisti Faiq Ağayev də telefon dələduzlarının qurbanına çevrilib.

Oxu.Az xəbər verir ki, bu barədə Ağayev sosial şəbəkədə məlumat yayıb.

"Yeni fırıldaq növü yaranıb. Siz də mənim kimi aldanmayın. Az öncə telefonuma 050-856-92-75 nömrəsindən zəng edən şəxs, guya, səhvən balansıma pul yüklədiyini söylədi. Baxdım ki, doğrudan da telefonuma bu barədə SMS gəlib.

Özünü Elvin kimi təqdim edən həmin şəxs rica etdi ki, məbləği geri göndərim. Heç bir hiylə hiss etmədən, elə də etdim. Sən demə, hesabıma yüklənməsi haqda gələn SMS-i göndərən mobil operator deyilmiş, elə o adamın özü imiş.

Ehtiyatlı olun, əzizlərim. Camaatın qəlb təmizliyindən haramcasına istifadə edən belə oğrulara, cibgirlərə, şərəfsiz müftəxorlara inanmayın".

Telefon dələduzu Faiq Ağayevi də aldatdı


Qeyd edək ki, Bakıda vətəndaşlara qarşı mobil telefon vasitəsilə dələduzluq edən şəxs peydə olub. Həmin vətəndaş bir neçə “Azercell” abunəçilərinə 050-856-92-75 nömrəsindən guya onların nömrəsinə 40 AZN məbləğində kontur yükləndiyi mesajını göndərib.

Daha sonra həmin şəxs sözügedən nömrədən zəng edərək səhvən vətəndaşa 40 manatlıq kontur göndərdiyini və qaytarmasını xahiş edib. Dələduzun toruna düşən vətəndaş isə balansında olan konturu sözügedən nömrəyə göndərib. Daha sonra balansında kontur qalmadığını görəndə aldadıldığını hiss edib.

Məsələ ilə bağlı “Azercell Telekom”un Oxu.Az-a açıqlamasını bu gün təqdim etmişik.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *