Amerikalı aktyor “Facebook”da canlı yayımda intihar edib
Amerikalı aktyor Frederik Cey Boudi “Facebook” vasitəsilə canlı yayımda özünü güllələyib.
Aznews.info-un Trend-ə istinadla məlumatına görə, dərhal hadisə yerinə gedən polis əməkdaşları 33 yaşlı aktyorun meyiti ilə qarşılaşıblar.
Qeyd edək ki, ötən həftə Kaliforniyada cinsi təcavüzdə ittiham olunan F.Boudi 100 min dollar qarşılığında sərbəst buraxılmışdı.
Aktyorun intihar videosu artıq “Facebook”dan silinib.
Mənbə:> Trend.az