Şok! Canlı yayımda uşaqları zorlayırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Şok! Canlı yayımda uşaqları zorlayırlar

Şok! Canlı yayımda uşaqları zorlayırlar


Danimarka polisi ölkənin müxtəlif yerlərində keçirdiyi əməliyyatla pul qarşılığında birbaşa yayımda uşaqlara təcavüz etdirən 10 nəfəri həbs edib.

ANS PRESS-in məlumatına görə, Danimarka polisinə, Filippində birbaşa yayımda uşaqları zorlatmaq üçün pul ödəyən və buna öz evindəki kompüterdə tamaşa edən danimarkalılar olması barədə xəbərlər daxil olub.

Məlumat əsasında araşdırmalara başlayan polis müxtəlif evlərə eyni vaxtda keçirdiyi əməliyyatla 10 nəfəri saxlayıb. Saxlanılanlardan bəziləri artıq məhkəməyə göndərilib.

Kibercinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşı komissar Flemminq Kjerside əməliyyat zamanı çox sayda kompüteri müsadirə etdiklərini bildirib. Komissar həmçinin bu cür cinayətlərin cəzasız qalmayacağını vurğulayıb.

“Ekranın arxasında gizlənərək xilas ola biləcəklərini düşünənlər səhv edirlər”.

Komissar bu istiqamətdə əməliyyatların davam edəcəyini bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *