Xorvatiya millisinin futbolçusu bütün kəndçilərinin kredit borcunu bağladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

Xorvatiya millisinin futbolçusu bütün kəndçilərinin kredit borcunu bağladı

Xorvatiya millisinin futbolçusu bütün kəndçilərinin kredit borcunu bağladı

2018-ci il dünya çempionatında ikinci yeri tutan Xorvatiya millisinin futbolçusu Ante Rebiç doğma kəndi olan İmotski sakinlərinin kredit borclarını bağlayıb.

Bu barədə 24 yaşlı hücumçunun sabiq komanda yoldaşı Lovro Sindik bildirib. Sindik bunun mundialdan öncə baş verdiyini söyləyib: “Rebiç Split yaxınlığındakı kiçik kənddə böyüyüb. 19 yaşında “Fiorentina”ya getməsinə baxmayaraq, heç vaxt soykökünü unutmayıb. O bir dəfə kəndin bütün 500 sakininin kredit borcunu bağlayıb”.

Qeyd edək ki, Ante Rebiç karyerası ərzində vətənində “Split”, İtaliyada “Fiorentina” ilə “Verona”, Almaniyada isə “Leyptsiq” klublarında çıxış edib. O hazırda “Ayntraxt”ın formasını geyinir və mundialdakı çıxışı ilə bir sıra aparıcı klubların diqqət mərkəzinə düşüb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *