"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı
"Qarabağ" Tunis milli komandasının futbolçusu Kərim Laribi ilə danışıqlar aparır.
Fanat.Az "TuttoMercatoWeb" nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçiyə təklif göndərib.
Qeyd edək ki, Laribi son iki mövsümdə İtaliya B Seriyasında çıxış edən "Çezena" klubunda forma geyinib. O, ötəm mövsüm 41 oyun keçirib, 9 qol vutub və 11 məhsuldar ötürmə edib. 27 yaşlı futbolçu əvvəllər İtaliyanın "Palermo", "Foccia", "Sassuolo" və "Latina" klublarında çıxış edib.
Futbolçu 2017-ci ildən dəvət aldığı Tunis yığmasının heyətində 2 oyuna çıxıb.
Ötən mövsüm "Çezena" B Seriyasında 13-cü yeri tutub.
Mənbə:> Fanat.Az