“Qarabağ” “Çelsi”, “Real” və “Milan”ın sabiq futbolçusu ilə maraqlanır
Qana yığmasının və Yunanıstanın “Panatinaikos” klubunun yarımmüdafiəçisi Maykl Essyen karyerasını Azərbaycanda davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, İngiltərənin “Çelsi”, İspaniyanın “Real” (Madrid) və İtaliyanın “Milan” klubunun sabiq futbolçusu ilə Azərbaycanın “Qarabağ” klubu maraqlanır.
Qeyd edək ki, 34 yaşlı Essyen bu mövsüm Yunanıstan klubunda cəmi bir oyun keçirib.
Mənbə:> Oxu.Az