Səsi olan azərbaycanlılara şad xəbər
Qardaş ölkədə keçirilən “O səs Türkiyə” mahnı müsabiqəsindən sonra daha bir müsabiqəyə start verilir.
ANS PRESS-in məlumatına görə, “Səsi çox gözəl” adlı yeni mahnı proqramı Türkiyənin reytinqli televiziyalarından birində yayımlanacaq. Aparıcılığını Emre Karayelin edəcəyi yarışma aprelin 15-dən efir həyatı görəcək.
Jüri heyətində isə qardaş ölkənin tanınmış ulduzları Sertap Erener, Gökhan Türkmen və Sibel Can yer alacaq. Onların məqsədi Türkiyədə, eləcə də qonşu ölkələrdə yaşayan istedadlı gənclərin üzə çıxarılmasıdır.
Azərbaycanlı gənc müğənnilərin də bu müsabiqəyə gedəcəyi gözlənilir. Yarışmada hər jüri komandasına üç yarışmaçını qəbul edə biləcək, hər bölümdə 9 nəfər yarışacaq, nəhayət 13-cü həftənin sonunda birincilik əldə edən şəxs xaricdə musiqi rəhsili almaq imkanı və bir ev qazanacaq.
Qeyd edək ki, müsabiqənin jüri heyətində əyləşəcək Sibel Cana hər bölüm üçün 150 min lirə, Gökhanla Sertapa isə ayrı-ayrılıqda 50 min lirə veriləcəyi deyilir.
Mənbə:> ANSPRESS