“Qarnıma ilan girdi, yenə də ölmədim” - Yaşı 100-ü keçən Ayşə nənə
Xəstəliyə düçar olmadım. Hər kəs, hətta övladlarım belə öldü, ancaq mən ölmədim. Qarnıma ilan girdi, yenə də ölmədim.
AzNews.info teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri Əskişəhərdə yaşayan və yaşı 100-ü keçmiş Aişə Küçükyılmaz türk mediasına deyib.
Bir əsri çoxdan geridə buraxan xanım bildirib ki, hətta yunanlar Əskişəhəri işğal etdiyi dövrü də xatırlayır:
"O zaman 10 yaşım vardı. Bizim arılarımız vardı. Yunanlar arılarımızı buraxdılar, balları isə götürüb yedilər. Çox zülm etdilər. Paşa gəlincə, hamısı qaçdı. Qaçarkən hər yeri yandırdılar. Paşa deyəndə Atatürkü nəzərdə tuturam. Biz onda bunu bilmirdik. Çox cəsarətli paşa idi. Allah bir də elə zülmlər nəsib etməsin".
Hazırda dövlətdən aldığı təqaüdlə yaşayan Aişə Küçükyılmaz gəlini ilə bir evə qalır. Deyir ki, ana nənəsi də 110 yaşında vəfat edib. Övladlarının vəfat etdiyini deyən ana hesab edir ki, ömrü verən Allahdır:
"Qarnıma ilan girdi, amma mən ölmədim. Ömür bitməyincə kimsə ölmür. 40-45 ildir dövlətdən aldığım pulla yaşayıram. Tarlam əkilmir, evim demək olar ki, bir otaqlıdır. Bir kişi ilə ailə qurdum. Onun 5 övladı vardı. Adam özü və uşaqlarının hamısı vəfat etdi. Bir qızı qaldı, o da mənim gəlinimdir".
Mənbə:> Teleqraf.com