Hər il dünyada 5,4 milyon insanı ilan sancır
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada 5,4 milyon insanı ilan sancır.
“Anadolu” informasiya agentliyi xəbər verir ki, ilan sancması nəticəsində ildə 138 min insan həyatını itirir, 400 min nəfər isə əlil olur.
Məlumata görə, ilan sancması nəticəsində baş verən ölüm hallarının yarısı Hindistanda qeydə alınır. Bunun səbəbi isə səhiyyə sahəsinin, əsasən də təcilli tibbi yardım xidmətinin işinin qənaətbəxş olmamasıdır.
Mənbə:> “Anadolu”