Aliment fondu yaradılmalıdırmı? - CAVAB » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Aliment fondu yaradılmalıdırmı? - CAVAB

Aliment fondu yaradılmalıdırmı? - CAVAB


Azərbaycanda boşanan qadınlar daha çox aliment problemi ilə qarşılaşırlar.

Bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, komitəyə daha çox aliment problemi ilə bağlı müraciət edilir:

“Aliment fondu dünya praktikasında var və yaradılması vacibdir. Bu fond daha çox vətəndaşın hüququnun qorunmasını, boşanma çərçivəsində qadının və uşağın təminatını yüksəldir.

Fond bir təşkilat kimi də fəaliyyət göstərə bilər, Ədliyyə Nazirliyinin tərkibinə də verilə bilər. Aliment fondu yaranan zaman il ərzində alimentlə bağlı boşanma üçün müraciət edənlərin uşaqlarının hüquqlarını qorumağa xidmət edəcək.

Bu, o demək deyil ki, biz boşanmanı dəstəkləyirik. Təbii ki, yox. Boşanmaya müraciət edilən müddətdə uşağın təminatı məsələsinə baxılmalıdır. Məhkəmə prosesi 1-2 il çəkə bilər. Həmin müddətdə uşağın öhdəliklərinin yerinə yetirilməsi vacibdir”.

Elgün Səfərov qeyd edib ki, aliment fondunun yaradılması və maliyyənin ayrılması vacibdir:

“Bu, o demək deyil ki, 10 minlərlə ailəyə maliyyə ayrılması istənilir. Təxminən hər il cinayət və inzibati işlərlə bağlı 100-ə yaxın məhkəmə prosesi olur. Bu ailələrin uşaqlarının hüquqları təmin edilmədir”.

Qeyd edək ki, bir müddət əvvəl Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb. O bildirib ki, fond yaradılsa, fəsadları ola bilər və boşanma artar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *