Daşkəsən sakini keçmiş arvadından aliment tələb edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Daşkəsən sakini keçmiş arvadından aliment tələb edir

Daşkəsən sakini keçmiş arvadından aliment tələb edir

Hadisə Daşkəsən sakini Arzu Tağıyevin başına gəlib. Uşaqlar ananın himayəsinə veriləndə kişi etiraz edib. Etirazı nəzərə alınmasa da, bir müddət sonra narahatlıqları gerçək olub. Ana övladlarından imtina edərək, onları uşaq evinə verib. Bir müddət uşaq evində qalan övladları ata öz himayəsinə götürüb. Ancaq bununla kifayətlənməyən Arzu Tağıyev anaya qarşı aliment tələbi ilə məhkəməyə müraciət edib və iddiası təmin olunub. Sonra qarşı tərəfin iddiası ilə alimentin məbləği azaldılıb. Ancaq ata bu məbləği də ala bilmədiyini deyir.

Keçmiş həyat yoldaşının anası Ceyran Hüseynova isə bildirib ki, alimenti ödəməyə maddi imkanları yoxdur. Qadın iddia edir ki, keçmiş kürəkəninin bu yola əl atmaqda məqsədi uşaqları anasına qaytarmaqdır. Arzu Tağıyev isə bununla razılaşmır, övladlarına yaxşı baxdığını deyir.

Arzu Tağıyev deyir ki, uşaqların anası - keçmiş həyat yoldaşı Gülşən Hüseynova qeyri-rəsmi olaraq başqasına ərə gedib. Pul ödəməmək üçün də heç bir yerdə işlmədiyi bəhanə gətirir. O, yenə də alimentin ödənməsini təmin etmək üçün iş icraçılarını məsuliyyətli olmaga çagırır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *