Tərk edilmiş kənd bitki örtüyü altında qalıb – FOTO
Çinin Şenqşan adasında öz sakinləri tərəfindən tərk edilmiş kənd bitki örtüyünün altında qalıb.
Hatuva vaxtilə balıqçı kəndi olub.
Lakin sənayenin inkişafından sonra köhnə üsulla balıq tutmağın səmərəliliyi azalıb və sakinlər buranı tərk etməyə başlayıb.
Boş qalan ev, küçə və tikililərə yavaş-yavaş təbiət sahib çıxıb.
AFP agentliyinin fotoqrafı Johannes Eisele Hatuvaya gedərək bu şəkilləri çəkib.
Kiçik ada kəndində vaxtilə 2 min ailə yaşayıb. Burada təqribən 500 ev var.
Ucqarlığına görə təhsil və ərzaqla təchizatdan əziyyət çəkən ada sakinləri 1990-cə illərdə buranı tərk etməyə başlayıblar.
1994-cü ildə kənddə, demək olar ki, sakin qalmamışdı.
Hazırda kənd turistləri cəlb edir.
Mənbə:> Virtualaz.org