Ukrayna MDB-ni tərk etməyə hazırlaşmır
Ukraynanın XİN başçısı Pavel Klimkin indi MDB-dən çıxmağı məqsədəuyğun hesab etmir.
“Kiyev Birliyin tədbirlərində ona “nəyəsə nail olmaq” lazım gəldikdə iştirak edir”, - nazir deyib.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, onun fikrincə, MDB siyasi klub, sovetdən qalma irsdir.
“Lakin biz indi Birlikdən çıxsaq, minlərlə insanların həyatı çətinləşəcək. Öncə aydınlaşdıraq, sonra isə növbəti addımları atacağıq”, - nazir əlavə edib.
Qeyd edək ki, öncə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutski demişdi ki, Kiyevin MDB-dən çıxmaq niyyəti “marginal mövqedir”.
Mənbə:> Oxu.Az