Təmas qrupu yenə görüşəcək
Gələn həftə Ukrayna üzrə təmas qrupunun növbəti görüşü baş tutacaq.
ANS PRESS-in məlumatına görə, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçma deyib.
“Təmas qrupunun növbəti görüşünün Minskdə keçirilməsi planlaşdırılıb”- deyə “Yalta Avropa strategiyası” sammitində iştirak edən Kuçma bildirib.
Qeyd edək ki, sentyabrın 5-də təmas qrupu Ukraynada sülhün əldə edilməsi ilə istiqamətində protokol imzalamaq üçün Minskdə toplaşıb. Protokolun müddəalarına Ukraynanın cənub-şərqində düşmənçiliyə xitam verilməsi, əsirlərin dəyişdirilməsi və humanitar yardımın göstərilməsi daxildir.
Mənbə:> ANSPRESS