Türkiyəli nazir Roma Papasına: Xocalı qətliamını niyə anmırsan?
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Roma Papasının uydurma “erməni soyqırımı” ilə bağlı çıxışına münasibət bildirib.
Oxu.Az “Haber3” saytına istinadla xəbər verir ki, Çavuşoğlu Roma Papasını səmimiyyətsiz olmaqda günhlandırıb.
“Papa Türkiyədə bir, xaricdə isə başqa fikirlər bildirir. Bu hər şeydən öncə bizə görə səmimiyyətsizlikdir. İstər dini lider olsun, istərsə də ölkə lideri, onların sözləri hər zaman bir-biri ilə üst-üstə düşməlidir. Dini liderlər hər şeydən öncə nifrəti deyil, barışığı, qardaşlığı ön plana çıxarmalıdırlar”, - o deyib.
Türkiyənin XİN başçısı Roma Papasına müraciət edərək deyib:
“Bəs 20 il öncə hər kəsin gözü önündə baş vermiş Xocalı qətliamı – yəni ermənilərin qətlə yetirdiyi azərbaycanlıları niyə anmırsan? Acıları anırıqsa, onu niyə unudursunuz?
Bu cür açıqlama ancaq Roma Papasının etibarına ziyan vuracaq. Türkiyənin əleyhinə oynanan oyunlar məlumdur, ona görə də Türkiyə çox güclü olmalıdır”, - Çavuşoğlu bildirib.
Mənbə:> Oxu.Az