Ağdaşda süni balıq gölü sakinlər tərəfindən dağıdılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Ağdaşda süni balıq gölü sakinlər tərəfindən dağıdılıb

Ağdaşda süni balıq gölü sakinlər tərəfindən dağıdılıb

Ağdaş rayonunda sünü balıq gölü sakinlər tərəfindən dağıdılıb.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Avad kəndi ərazisində qeydə alınıb.

Belə ki, yerli sakinlər həmin kəndin ərazisində yerləşən süni balıq gölünü dağıdaraq suyunu və balıqlarını Kür çayına axıdıblar.

Sakinlər bildiriblər ki, süni balıq gölü kənd qəbiristanlığının yanında yerləşdiyindən nohurdan sızan sular qəbir yerlərinə dolaraq ziyan verməklə yanaşı, ərazidə bataqlıq əmələ gətirir.

Bununla bağlı dəfələrlə adiyyəti qurumlara müraciət etdiklərini deyən sakinlər süni balıq gölünün Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçsının müavini Əsgərxan Həsənovun himayəsində olduğundan dağıdılması barədə qərar çıxarılmadığını söyləyiblər.

RİH-in Avad kənd ərazi icra nümayəndəsi Lətif Mustafayev bildirib ki, süni göl sakinlər tərəfindən dağıdıldıqdan sonra fəaliyyəti dayandırılıb:

“Kənd sakinləri kütləvi şəkildə süni gölü dağıdıblar. Süni göl dağıdıldıqdan sonra bərpa edilməyib. Bu göl kənd sakini Abduləli Kərimovun adına rəsmiləşdirilib. Gölün kimin himayəsində olması ilə bağlı sualı isə sahibkarın özünə versəniz, daha yaxşı olar”.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *