Yunanlar Ermənistanı tərk edir
Ermənistanda yaşayan yeganə xarici millətin nümayəndələri olan yunanların 90 faizi buranı tərk edib. Bu barədə “armenianreport” saytı məlumat verib.
ATV.az-ın məlumatına görə, sayt qeyd edir ki, Ermənistanda 3000 yunan məskunlaşıbmış. Lakin burdakı sosial problemlər, o cümlədən mono millətli olan Ermənistanda onlara sanki başqa planetdən gəliblərmiş kimi baxılması yunanları buranı tərk etməyə vadar edib. İndi Ermənistanda cəmi 300-400 yunan qalıb ki, onlar da yaxın vaxtlarda getməyi planlaşdırır. Yunanlar əsasən İrəvanda yaşayırlarmış.
Mənbə:> ATV.az