Nazir: Suriya erməniləri Ermənistanı kütləvi şəkildə tərk edirlər » AzNews.info -Xəbər portalı

Nazir: Suriya erməniləri Ermənistanı kütləvi şəkildə tərk edirlər

Nazir: Suriya erməniləri Ermənistanı kütləvi şəkildə tərk edirlər


Suriya erməniləri daha yaxşı həyat yaşaya bilmək üçün Ermənistandan gedirlər.

Oxu.Az “Novosti Armeni”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın diaspor naziri Qranuş Akopyan danışıb.

Onun sözlərinə görə, Ermənistana 17 min Suriya ermənisi gəlib:

“5 il əvvəldən Suriyadan erməni qaçqınlar Ermənistana gəlməyə başlayıblar. Lakin indi çoxu ticarətlə məşğul olmaq üçün Livana gedir. Ermənistanda yoxsulluq və işsizliyin olduğu həqiqətdir.

Onlar öz Suriyalarında çox yaxşı şərtlərlə yaşayırdılar, varlı idilər. Bura gələndən sonra isə bir müddət turist kimi gəzdilər, düşündülər ki, bir-iki aya geri qayıdacaqlar, olmadı.

Bu müddətdə isə İsveç və Kanada kimi ölkələr aktiv tərpəndi. Çünki onlarda ucuz işçi qüvvəsinə ehtiyac vardı. Yerlərdə olan erməni diasporu da onlar üçün çıxış yolları tapır.

Ona görə də suriyalı erməni qaçqınların bir hissəsi Ermənistandan getmək qərarına gəldi. Təxminən 3 min nəfər artıq Ermənistanı tərk edib” – Q.Akopyan deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *