"Sahil" stansiyasının eskalatorlarında problem yarandı
Metronun ötən gün açılışı olan "Sahil" stansiyasında eskalatorların fəaliyyətində fasilə yaranıb.
“Report” bildirir ki, gün ərzində bir neçə dəfə enən eskalatorların hərəkəti dayanıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:
"Səhər saat 10 radələrində "Sahil" stansiyasındakı 3 və 4 saylı (enən) eskalatorlarda 3 dəfə hadisə baş verib. Bu səbəbdən də eskalatorların avtobloklanması baş verib. Hər dəfə fasilə 30-40 saniyə çəkib. Yeni eskalatorların fəaliyyəti tam avtomatlaşdırıldığı üçün avtobloklanmanın olması normaldır".
B.Məmmədov deyib ki, hadisənin səbəbləri araşdırılacaq: "Bu gecə həmin hadisənin başvermə səbəbləri araşdırılacaq və tam aradan qaldırılacaq".
Mənbə:> Report