Metroda işığın sönməsi problem yaratdı
“Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb.
Aznews.info Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 9 radələrində baş verib.
Elektrik enerjisi verilməsində problem yarandığından stansiyada elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.
Mənbə:> Trend.az