Bakı metrosunda problem yaranıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakı metrosunda problem yaranıb

Bakı metrosunda problem yaranıb


Ötən gün Bakı Metropoliteninin stansiyalarından birində problem yaranıb.

Problemə səbəb, “Nərimanov” stansiyasında qeydə alınan texniki nasazlıqdır. Stansiyada yaranan problem böyük sərnişin sıxlığına səbəb olub. Baş verən hadisəyə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin mövqeyini bildirib.

Onun sözlərinə görə, saat 14:39-da “Nəriman Nərimanov” metro stansiyasındakı tuneldə qatar xəttindəki yolayrıcında texniki problem yaranıb. Sərnişinlərin təhlükəsizliyi üçün dərhal müvafiq tədbirlər görülüb. İlk növbədə qatarların sürəti azaldılıb. Bu səbəbdən də bütün istiqamətlərdə qatarların qrafikində yubanmalar olub.

Böyük sıxlıq yaşansa da, sərnişinlər arasında xəsarət alan olmayıb. Tuneldəki problemsə saat 17:00-da öz həllini tapıb. Qatarlar gündəlik qrafiklə hərəkətinə davam edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *