Bakı Nəqliyyat Agentliyi: "Sabunçu-Zabrat yolundakı tıxac aradan qaldırılacaq" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakı Nəqliyyat Agentliyi: "Sabunçu-Zabrat yolundakı tıxac aradan qaldırılacaq"

Bakı Nəqliyyat Agentliyi: "Sabunçu-Zabrat yolundakı tıxac aradan qaldırılacaq"


Sabunçu-Zabrat yolundakı tıxac aradan qaldırılacaq.
AzNews.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, səhər saatlarında Sabunçu, Zabrat, Maştağa və bu istiqamətdə olan digər kənd və qəsəbələrdən şəhərin mərkəzi istiqamətində nəqliyyatın hərəkətində müşahidə edilən tıxac da aradan qaldırılacaq.

M.Ağayev deyib ki, bu məqsədlə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək.
Qeyd edək ki, Sabunçu-Zabrat yolunun xüsusilə yolüstü piyada keçidinin yerləşdiyi hissəsində taksilərin avtobus dayanacaqlarında saxlaması, avtobusların isə yolun ikinci və üçüncü zolaqlarında saxlaması pik saatlarında tıxacların yaranmasına səbəb olur.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *