Yeni qatarlarda gediş haqqı müəyyənləşdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Yeni qatarlarda gediş haqqı müəyyənləşdi – CƏDVƏL

Yeni qatarlarda gediş haqqı müəyyənləşdi


Bakı-Sumqayıt elektrik qatarları üçün tariflər müəyyənləşdirilib.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Şuranın bu gün keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.

Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri:


1. Bakı-Sumqayıt-Bakı qatarı

1.1. Bakı - Sumqayıt 0,80
1.2. Bakı - Biləcəri 0,20
1.3. Bakı - Xırdalan 0,30
1.4. Bakı - Keşlə 0,20
1.5. Bakı - Koroğlu 0,20
1.6. Bakı - Bakıxanov 0,30

1.7. Bakı - Sabunçu 0,30
1.8. Bakı - Zabrat 0,40
1.9. Bakı - Pirşağı 0,50

1.10. Biləcəri - Xırdalan 0,20
1.11. Biləcəri - Sumqayıt 0,60


1.12. Xırdalan - Sumqayıt 0,40

1.13. Keşlə - Koroğlu 0,20
1.14. Keşlə - Bakıxanov 0,30
1.15. Keşlə - Sabunçu 0,30
1.16. Keşlə - Zabrat 0,40
1.17. Keşlə - Pirşağı 0,50
1.18. Keşlə - Sumqayıt 0,70

1.19. Koroğlu - Bakıxanov 0,20
1.20. Koroğlu - Sabunçu 0,30
1.21. Koroğlu - Zabrat 0,30
1.22. Koroğlu - Pirşağı 0,50
1.23. Koroğlu - Sumqayıt 0,60

1.24. Bakıxanov - Sabunçu 0,20
1.25. Bakıxanov - Zabrat 0,20
1.26. Bakıxanov - Pirşağı 0,40
1.27. Bakıxanov - Sumqayıt 0,60

1.28. Sabunçu - Zabrat 0,20
1.29. Sabunçu - Pirşağı 0,40
1.30. Sabunçu - Sumqayıt 0,50

1.31. Zabrat - Pirşağı 0,30
1.32. Zabrat - Sumqayıt 0,50

1.33. Pirşağı - Sumqayıt 0,40

Təsdiq edilmiş tariflər əks istiqamətlər üzrə də eynilik təşkil edir.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *