Bakıda piyadaların işi asanlaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakıda piyadaların işi asanlaşacaq

Bakıda piyadaların işi asanlaşacaq


Azəravtoyol ASC tərəfindən Bakı şəhərində bir neçə yerdə yerüstü piyada keçidi inşa olunacaq.

ASC-dən Axar.az-a verilən məlumata görə, sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olacaq. Keçidlər nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcək. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

İlkin olaraq 7 yerdə keçidlərin inşa olunması üçün hazırlıq işləri görülür.

Bunlar aşağıdakı ərazilərdir:

- Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbiristanlığının yaxınlığı);

- 27 və 27,8-ci km-i (Ceyranbatan qəsəbəsi);

- Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Sulutəpə qəsəbəsi)

- Qala-Pirallahı avtomobil yolunun 3,5-ci km-i;
- Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi;

- Həsən Əliyev küçəsinin İqtisad Universitetinin korpusunun qarşısındakı ərazisi.

Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada keçidləri 2 aşırımlı (orta dayaqlı), dəmir-beton konstruksiyalı və üstü bağlı olacaq. Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün liftlərlə təmin olunacaq.

Xırdalan qəbiristanlığı yaxınlığında, Sulutəpə qəsəbəsində və Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə 1 aşırımlı (orta dayaqsız), metal konstruksiyalı və üstü açıq olacaq. Fiziki qüsurlu insanların hərəkəti üçün bu keçidlər panduslarla təchiz olunacaqlar.

Sabunçu körpüsündən Zabrat qəsəbəsinə doğru düşərkən və Həsən Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri də metal konstruksiyalı olacaq. Keçidlər 2 aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq. Burda isə fiziki qüsurlu insanların hərəkəti üçün xüsusi platformalar (elevator) quraşdırılacaq.

Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *