Sahil Babayev: "Saxta əlillik təyinatlarının qarşısı alınmalıdır" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sahil Babayev: "Saxta əlillik təyinatlarının qarşısı alınmalıdır"

Sahil Babayev: "Saxta əlillik təyinatlarının qarşısı alınmalıdır"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi, verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupları tərəfindən aparılan işlər müzakirə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən virtualaz.org-a verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin təyin olunması sahəsində tam şəffaf mexanizmin yaradılmasının, saxta əlillik təyinatlarının qarşısının alınmasının, eyni zamanda, əlilliyin təyin olunmasında bir sıra hallarda özünü göstərən süründürməçilik hallarının aradan qaldırılmasının bu gün nazirlik qarşısında duran əsas hədəflərdən olduğunu vurğulayıb.

Bu məqsədlə yaradılmış işçi qrupu tərəfindən verilmiş tapşırıqlara uyğun şəkildə müvafiq işlərin aparıldığını qeyd edən S. Babayev əlilliyin qiymətləndirilməsi prosedurlarının təkmil əsaslar üzərində, şəffaf şəkildə qurulmasında, fərdi reabilitasiya proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübədən irəli gələn yanaşmaların tətbiqinin diqqətdə saxlandığını bildirib. İclasda əlilliyin qiymətləndirilməsi sahəsində mövcud vəziyyətlə bağlı araşdırmaların nəticələri, qabaqcıl dünya praktikasından istifadə olunmaqla fərdi reabilitasiya proqramının, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsinin hazırlanması yönündə aparılan işlər müzakirə olunub. Əlilliyi olan şəxslərin sağlamlığının, sosial statuslarının bərpası, onların reabilitasiya səviyyəsinin artırılması yönündə fəaliyyətin gücləndirilməsi üçün fərdi reabilitasiya proqramının tətbiqinin önəmi vurğulanıb.

Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupu da öz fəaliyyəti barədə məlumat verib.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsi prosedurlarının, sosial yardımın alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi qaydasının təkmilləşdirilməsi üçün müvafiq təkliflər diqqətə çatdırılıb. Təkliflər nəzərdən keçirilməklə ünvanlı sosial yardım proqramının özünüməşğulluq proqramı ilə əlaqələndirilməsi, sosial yardım alan ailələrin bu proqram vasitəsilə şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə aktiv şəkildə dəstək verilməsi mexanizminin səmərəli təşkili məsələləri ətrafında müzakirələr aparılıb. S. Babayev tərəfindən hər iki işçi qrupuna müvafiq tapşırıqlar verilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *