Tiflisdə “Azərbaycan mətbəxi günü” – VİDEO
Tiflisdə Novruz bayramı ilə əlaqədar Azərbaycan mətbəxi günü keçirilib.
ANS TV-nin məlumatına görə, ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir, Böyük Britaniya-Gürcüstan Akademiyasında baş tutub.
20-yə yaxın ölkədən olan əcnəbi şagirdlərin təhsil aldığı beynəlxalq məktəbdə Azərbaycan mətbəxinə məxsus müxtəlif növ təlamlar, Novruz bayramının simvolları sayılan şirniyyatlar, həmçinin ölkəmizin gözəl guşələrinin əks olunduğu suvenirlər təqdim olunub.
Daha sonra şagirdlərə Novruz bayramı haqqında ətraflı məlumat verilərək bu bayramın adət-ənənələri izah olunub.
Mənbə:> ANSPRESS