İçərişəhərdəki möhtəşəm Novruz Festivalından reportaj – VİDEO+FOTO
İçərişəhərdəki Novruz şənliyinə yenicə çiçəklənən ağaclar xüsusi gözəllik əlavə edirdi. Havanın yağışlı olmasına baxmayaraq bayram şənliyinə çox sayda insan qatılımışdı.
ANS PRESS-in məlumatına görə, İçərişəhərdə keçirilən Novruz Bayramı festivalında Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin (Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirak edirlər.
Eləcə də, İçərişəhərdə təşkil olunan "Meydan bazarı"ında müxtəlif rayonlardan gələn sənətkarlar öz əl işlərini nümayiş etdirir. Azərbaycan milli mətbəxinin yeməkləri, şirniyyatlar sərgilənir, milli musiqi səsləndirilir. “Meydan Bazarında” hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənir.
Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər təşkil olunub. Festival çərçivəsində Qoşa Qala qapısı meydanında, Qız Qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçirilir.
Qeyd edək ki, bayram tədbirləri çərçivəsində İçəri Şəhərlə yanaşı 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaql
Mənbə:> ANSPRESS