İbrahimov qardaşları Azərbaycandan qaçdı, Ukraynada reyderliyə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

İbrahimov qardaşları Azərbaycandan qaçdı, Ukraynada reyderliyə başladı

İbrahimov qardaşları Azərbaycandan qaçdı, Ukraynada reyderliyə başladı

Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk – red.) şəhərində daşınmaz əmlakın və cəlbedici torpaq sahələrinin reyder üsulu ilə ələ keçirilməsi halları artıb.

Yerli sakinlərin sözlərinə görə, bu quldurluq hallarında ən çox iştirak payı olanlar isə Firuz və Şahin İbrahimov qardaşları və onlara bağlı olan adamlardır. Eyni zamanda, əmlakın ələ keçirilməsi sxemləri sırf kriminal xarakter daşıyır.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan icması İbrahimov qardaşlarını müdafiə etməyə çalışır və ictimai aksiyalar təşkil edir. Belə ki, ötən həftənin çərşənbə axşamı – mayın 15-də Dnepr şəhər apellyasiya məhkəməsinin qarşısında Azərbaycan icmasının mitinqi keçirilib. Aksiya iştirakçıları hiddətlərini bildiriblər ki, 40 ildən artıq müddətdə Ukraynada yaşayan azərbaycanlılara Dneprdə iş qurmağa imkan yaradılmır. Aksiya Firuz İbrahim oğlu İbrahimovun rəhbərliyi altında həyata keçirilmiş cinayət əməlinin araşdırılması zamanı təşkil edilib.

İbrahimov qardaşları Azərbaycandan qaçdı, Ukraynada reyderliyə başladı


İcma təmsilçiləri qeyd ediblər ki, bir vaxtlar cənab Firuz İbrahim oğlu İbrahimov hüquq-mühafizə orqanları ilə problemləri olduğu üçün qardaşı ilə birlikdə tez-tələsik Azərbaycanı tərk edib və indiyə kimi də onlar vətənlərinə qayıda bilmirlər. Bu səbəbdən də bizneslərini Ukraynada “qurmaq” qərarı veriblər.

Keçirilmiş mitinqin və baş vermiş münaqişənin mahiyyətini anlamaq üçün yerli sakin Sergey Çornı özünün “Facebook” səhifəsində vəziyyətə aydınlıq gətirib.

Onun sözlərinə görə, azərbaycanlı “iş adamları”nın münaqişəsinin qaynağı Naberejnaya Pobedı, 35 ünvanında yerləşən obyektdir.

“Əmlakın keşmiş sahibləri Azərbaycan icmasına və kriminal keçmişi olan insanlara müraciət ediblər ki, “mübahisəli əmlak”ı əllərində saxlaya bilsinlər”, - o bildirir.

Mənbə qeyd edir ki, Dnepr sakinləri sahibkarlıq fəaliyyətini və biznesin inkişafını dəstəkləyirlər, çünki bu, büdcəyə vəsait axını, həkimlərin, müəllimlərin maaşı və təqaüdçülərin aylıq müavinətləri deməkdir. “Lakin Dnepr sahilinin bir hissəsinin ələ keçirilməsi və bir neçə dəfə kriminal keçmişi olan şəxslər tərəfindən əldən-ələ ötürülməsi heç də şəffaf sahibkarlıq fəaliyyətinə bənzəmir”, - Çornı sözlərini yekunlaşdırır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *