Ukraynada ermənilər azərbaycanlılara hücum edib » AzNews.info -Xəbər portalı

Ukraynada ermənilər azərbaycanlılara hücum edib

Ukraynada ermənilər azərbaycanlılara hücum edib

Ukraynanın Lvov şəhərində bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.

Hadisə bu gün yerli vaxtla saat 16:00-da baş verib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Rəcəbov və qardaşı Məhərrəm Rəcəbova məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər.

Onlar 3 gün əvvəl Lvovda keçirilən uşu-sando üzrə yarışda separatçı “Dağlıq Qarabağ”ın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnin kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər. Hadisə zamanı M.Rəcəbov onların əlindən xilas olaraq azərbaycanlı həmyaşıdlarının olduğu digər dükana keçib və bu zaman yenidən kütləvi dava düşüb. Əlbəyaxa davada döyüləcəklərini görən ermənilər silaha əl atıblar və 6 azərbaycanlı gəncə xəsarət yetirərək qaçıblar. Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır. Davada iştirak edən ermənilərin axtarışı da elan edilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *