Azərbaycanlıların Dneprdə qanlı “razborka”sı
Ötən gün, dekabrın 21-də, Dnepr polisi isti izlərlərlə Azərbaycan vətəndaşının qatilini həbs edib.
Oxu.Az misto.news-a istinadən xəbər verir ki, bu barədə Dnepr polisinin mətbuat xidməti məlumat yayıb.
Qət hadisəsi dekabrın 21-də Dneprın Samarski rayonunda iki Azərbaycan vətəndaşı arasında yaşanan münaqişə zəmnində baş verib. Həmyerlilərdən biri digərinin boyun və qarın boşluğu nahiyələrinə bıçaqla zərbələr endirib.
Polis hadisə yerinə gələndə yaralı sağ imiş və o cinayətkarın adını deyib. Bu məlumatı şahidlər də təsdiqləyiblər.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Qeyd olunur ki, saxlanılan 49 yaşlı Azərbaycan vətəndaşı əvvəllər zorlamaya görə məhkumluq həyatı yaşayıb.
Mənbə:> Oxu.Az