Rusiyada seçkiyə mane olan Azərbaycan vətəndaşı saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Rusiyada seçkiyə mane olan Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada seçkiyə mane olan Azərbaycan vətəndaşı saxlanılıb


Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. ANS PRESS-in məlumatına görə, əməliyyat Dağıstan Respublikası ərazisində həyata keçirilib.

Daxili işlər orqanlarının əməkdaşları Tarumovski rayonunda Avadan kənd sakini 64 yaşlı Azərbaycan vətəndaşının avtomobilini saxlayıb.

Polis yoxlamaları zamanı məlum olub ki, saxlanılan şəxs beynəlxalq axtarışdadır. Saxlanılan şəxsə Azərbaycan Cinayət Məcələsinin 159-cu maddəsi ilə (Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma) cinayət işi açılıb. Azərbaycan vətəndaşı polis bölməsinə aparılıb.

Bundan əvvəl Rusiyanın Perm vilayətində federal axtarışda olan azərbaycanlı saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin Perm vilayəti üzrə idarəsinin saytına istinadən verdiyi məlumata görə, Perm-Yekaterinburq avtomagistralında nəqliyyat müfəttişləri sənədləri yoxlamaq üçün "VAZ" markalı avtomobili saxlayıblar.

Avtomobilin sürücüsü 36 yaşlı azərbaycanlının sənədlərinə baxarkən onların saxta olduğu ortaya çıxıb. Polis bölməsinə aparılan şəxsin Çelyabinsk vilayətində federal axtarışda olduğu məlum olub. Həmin şəxs Çelyabinsk polisinə təhvil verilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *