İlin toyunun xərcləri açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Dünya

İlin toyunun xərcləri açıqlandı

İlin toyunun xərcləri açıqlandı


Şahzadə Harri və amerikalı aktrisa Meqan Marklın Vindzor sarayında baş tutan toyunun maliyyə xərcləri açıqlanıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, ilkin hesablamalara əsasən, mərasimə 42.8 milyon dollar xərclənib.

800 nəfərin dəvət edildiyi toyun əsas xərcini mühafizə sisteminin qurulması təşkil edib. Konkret olaraq 42.8 milyon dolların 94 faizi toy iştirakçılarının mühafizəsinə sərf olunub. Belə ki, sinayperçilərə, gizli polislərə, izləmə kameralarının quraşdırılmasına 40 milyon dollar ödənilib.

Yeməklərə, içkilərə, paltarlara, çiçəklərə, dekorasiyaya 2.7 milyon dollar sərf edilib.

36 yaşındakı “yeni düşesin” ingilis modelyer tərəfindən hazırlanan gəlinliyinə isə 135 min dollar ödənilib. Beləliklə, kraliyyət ailəsi üzvünün nikah mərasimi adi Britaniya vətəndaşının toyundan 73 dəfə baha başa gəlib.

Onu da qeyd edək ki, toyun mühafizə xərcləri dövlət tərəfindən ödənilib. Kraliyyət ailəsi ancaq geyimlərə, yeməklərə, kilsə xidmətinə, dekorasiyaya, çiçəklərə, musiqiçilərə pul xərcləyib.

Meqan Markl ilə şəhzadə Harrinin toyunun İngilis iqtisadiyyatına qatqısına gəlincə isə dövlət 1,43 milyard dollar gəlir proqnozlaşdırır. Bu rəqəm toya xərclənən vəsaitdən 33 dəfə çoxdur.

Gəlirlərin 400 milyon dolları turizmdən, 340 milyon dolları restoran, 200 milyon dolları isə moda sektorundan gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *