Mərkəzi Bank 10 milyon dollar aldı
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Bu barədə Neft Fondundan Oxu.Az-a bildirilib.
Fonddan verilən məlumata görə, bu vəsaitdən 40 milyon ABŞ dolları məbləğində vəsait 3 banka və 10 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli