Mərkəzi Bank daha 20 milyon dollar aldı
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Bu barədə Neft Fondundan Oxu.Az-a bildirilib.
Fonddan verilən məlumata görə, bu vəsaitdən 27,8 milyon ABŞ dolları məbləğində vəsait 12 banka və 20 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına (AMB) satılıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli