Mərkəzi Bank 32 milyon dollar satdı
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Oxu.Az-a bildirilib.
Məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb 32,1 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.
Mənbə:> Oxu.Az