Banklara 39,1 milyon dollar satıldı
Bugün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb.
Bu barədə SOFAZ-dan Oxu.Az-a bildirilib.
Məlumata görə, bu vəsaitdən 39,1 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satılıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli