Dağıstan gömrüyü Azərbaycandan aparılan minlərlə qərənfili müsadirə etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Dağıstan gömrüyü Azərbaycandan aparılan minlərlə qərənfili müsadirə etdi

Dağıstan gömrüyü Azərbaycandan aparılan minlərlə qərənfili müsadirə etdi

Dağıstanın gömrük postunda Azərbaycan ərazisindən qanunsuz yolla Rusiyaya keçirilməsinə cəhd göstərilən minlərlə qərənfil saxlanılıb.

Bu barədə “nc4.info” məlumat yayıb.

Məlumata əsasən Azərbaycandan Rusiya sərhədini keçməyə çalışan “Mercedes Benz” markalı avtomobilə baxış keçirilən zaman, gömrükçülər maşının baqajında və salonunda ümumilikdə 191 kq çəkidə 5 min qərənfil aşkarlayıblar.

Müvafiq gömrük sənədi ilə müşayiət olunmayan malın müsadirə olunduğu bildirilir.

Faktla əlaqədar güllərin sahibi olan Azərbaycan vətəndaşına qarşı iş açılıb.

Mənbə: “nc4.info”
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *