Azərbaycandan Rusiyaya böyük məbləğdə pul keçirməyə cəhd etdilər
Prikamya (Rusiya) məhkəmə pristavları əslən Azərbaycandan olan krasnokamsklı sahibkardan 6,15 milyon rubl və 130 min dollar müsadirə ediblər.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Azərbaycandan gələrkən aeroportun gömrüyündən deklarasiya edilməmiş pul keçirmək istəyib.
Məhkəmə pristavlarının mətbuat xidməti məlumat verib ki, aeroportda gömrük deklarasiyasının təqdim olunmasının vacibliyini bildiyi halda kişi məqsədyönlü şəkildə “yaşıl dəhlizə” üz tutub, bununla da gömrükçülərə yalan məlumat verib.
Nəticədə aparılan valyuta müsadirə edilib. Ona yalnız gətirilməsinə icazə verilən 10 min dolları qaytarıblar.
Böyük məbləğdə pul qaçaqmalçılığı ilə əlaqədar cinayət işi açılıb, amma istintaq zamanı işi “Əfv haqqında” Qanuna istinad edərək dayandırıblar.
Müsadirə olunmuş pulu dövlət gəlirlərinin hesabına keçirmək qərara alınıb. Kişi apellyasiya məhkəməsinə şikayət edib, amma onun şikayəti təmin olunmayıb.
Mənbə:> Oxu.Az