14 ton Azərbaycan pomidorunu Rusiyaya buraxmadılar
Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 13 ton 941 kiloqram pomidor saxlanılıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib.
Yükün sahibi karantin altında məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub. 13 ton 941 kiloqram pomidorun Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub.
Mənbə:> APA