Azərbaycandan 380 tutuquşunu çıxarmağa cəhd etdilər
Dağıstanda müvafiq veterinar sənədlərinin olmadığı üçün 380 tutuquşunun ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Oxu.Az “Daqestanskaya pravda”ya istinadən xəbər verir ki, karton qutularda olan quşları ölkə ərazisinə Azərbaycandan olan kişi keçirməyə çalışıb.
“Yaraq-Kazmalar” beynəlxalq keçid məntəqəsində yoxlama zamanı yükün müvafiq müşayiət sənədlərinin olmadığı aşkarlanıb.
“Yükün daşınması zamanı veterinar-sanitar qaydaların pozulmasına dair akt tərtib edilib. Yük Azərbaycan ərazisinə geri qaytarılıb”, - “Rosselxoznadzor” məlumat yayıb.
Mənbə:> Oxu.Az