Azərbaycanlı Rusiyaya döyüş sürsatı keçirmək istədi
Dağıstanın Məhərrəmkənd rayonunda dövlət sərhədində gömrükçülər Rusiyaya qanunsuz ov tüfəngi patronları keçirmək istəyən Azərbaycan vətəndaşını saxlayıblar, Oxu.Az “AiF-Daqestan”a istinadən xəbər verir.
Dağıstan Gömrük Xidmətindən bildiriblər ki, Azərbaycandan gələn kişinin əl yükünün yoxlanılması zamanı 50 ədəd 410 kalibrli ov tüfəngi patronları aşkar edilib.
“Mal barədə gömrük orqanlarına məlumat verilməyib, bu səbəbdən patronlar müsadirə edilərək ekspertizaya göndərilib. İnzibati cinayət işinin açılması barədə qərar qəbul olunacaq”, – idarədə izah ediblər.
Mənbə:> Oxu.Az