“Cip”lə Rusiyadan patron gətirən azərbaycanlı sərhəddə saxlanıldı
Virtualaz.org saytı Dağıstan mənbələrinə istinadən xəbər verir ki, həmin şəxsin “Mitsubishi Pajero” markalı avtomobilinə baxış zamanı gömrüyə bəyan edilməmiş 149 ədəd 12 kalibrli ov tüfəngi patronu aşkar olunub.
Patronlar ekspertizaya göndərilib, onları gətirən şəxsin barəsində araşdırma gedir. Araşdırmanın nəticəsindən asılı olaraq şəxsin barəsində ya inzibati cəza tədbiri görüləcək, ya cinayət işi qaldırılacaq.
Mənbə:> Virtualaz.org