Saxta viza ilə Bakıya gəlmək istəyən 3 əcnəbi saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Saxta viza ilə Bakıya gəlmək istəyən 3 əcnəbi saxlanıldı

Saxta viza ilə Bakıya gəlmək istəyən 3 əcnəbi saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta elektron vizalarla Azərbaycana gəlmək cəhdinin qarşısı alınıb.

DSX mətbuat mərkəzindən virtualaz.org-a bildirilib ki, “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı 3 Nepal vətəndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron vizalarının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyənləşib.

Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı, 1952-ci il təvəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı, 1993-cü il təvəllüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı, 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətəndaşı Shah Qasım Alinin adına verilməsi aşkarlanıb.

Araşdırma zamanı həmin şəxslərin Azərbaycan ərazisindən tranzit istifadə etməklə Avropaya qanunsuz miqrasiya etmək niyyətində olmalarını göstərən hallar aşkar olunub. Nepal vətəndaşlarının Azərbaycan Respublikasının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə etmələri, Bakıya turizm məqsədilə səfər etmələrini bildirdikləri halda geriyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etməmələri müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Saxta viza ilə Bakıya gəlmək istəyən 3 əcnəbi saxlanıldı
Saxta viza ilə Bakıya gəlmək istəyən 3 əcnəbi saxlanıldı
Saxta viza ilə Bakıya gəlmək istəyən 3 əcnəbi saxlanıldı

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *