Bakıda İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşı yaxalanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Bakıda İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşı yaxalanıb

Bakıda İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşı yaxalanıb


Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci il tarixdə “Baki-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini, 1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb.

DSX mətbuat mərkəzindən Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycan və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *