Azərbaycanlı 4 İŞİD-çi tutuldu
Türkiyə ərazisindən Suriyaya getmək istəyən azərbaycanlılar saxlanılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Qaziantəp meriyası xəbər yayıb.
Xəbərdə bildirilir ki, Qaziantəp polisi tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan 4 nəfərin Suriyaya getmək üçün müəyyən hazırlıqlar gördüyü, qeyri-qanuni yollarla sərhədi keçməyə çalışdıqları öyrənilib.
Qaziantəp rayon polis idarəsi qrupu tərəfindən saxlanılan M.M., R.B., A.V. və M.K. adlı şəxslərin barəsində deportasiya qərarı çıxarılaraq əcnəbi vətəndaşarla bağlı iş aparan polis idarəsinə təhvil verilib.
Xatırladaq ki, iki həftə əvvəl də Qaziantəpdə oxşar hadisə baş vermiş və burada da Suriyaya keçmək istəyən azərbaycanlı vətəndaşlarlar saxlanılmışdı.
Mənbə:> ANSPRESS