Uyğurlar İŞİD-ə qoşulmaq üçün Suriya və İraqa getmək istəyib
Çin keçən həftə Tailanddan deportasiya edilmiş 109 etnik uyğurun İŞİD terror qruplaşmasına qoşulmaq üçün Türkiyədən Suriya və İraqa getdiyini bildirib.
Rəsmi Pekin Birləşmiş Ştatlar, BMT və uyğurların geri ölkəyə qayıtdıqda hüquqlarının ciddi şəkildə pozulacağı ilə bağlı narahatlıq ifadə edən müstəqil insan hüquqları təşkilatlarının tənqidlərinə cavab olaraq onların qaytarılmasını müdafiə edib.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq deyib ki, "qeyri-qanuni miqrantların Çinə geri qaytarılması müvafiq beynəlxalq konvensiyalar və ikitərəfəli münasibətlər əsasında insan alveri və qeyri-qanuni mühacirətin qarşısının alınması məqsədilə iki dövlət arasında normal əməkdaşlıq formasıdır."
Çinin xarici işlər nazirliyi həmçinin deportasiya ilə bağlı ABŞ Dövlət departamentinin tənqidlərilə əlaqədar rəsmi etiraz təqdim edildiyini bildirib.
Çinin rəsmi Sinhua agentliyi 109 uyğurdan 13-nün terror fəaliyyətləri ilə əlaqədar olaraq Çindən qaçdığı haqda məlumat verib.
Çinin şimal-qərb bölgəsində Sincan vialyətidə yaşayan minlərlə türk-dilli müsəlman uyğur ölkə rəsmiləri tərəfindən dini və iqtisadi zəmində ayrı-seçkiliyə məruz qaldıqlarını bildirərək, son illər regionu tərk edir.
Mənbə:> ANSPRESS