Çindən helikopter açıqlaması
Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xonq Ley bu gün keçirdiyi brifinqdə Ermənistan- Azərbaycan qoşunlarının təmasının xəttində noyabrın 12-də baş verən hadisəyə münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, o deyib: "Çinin Xarici İşlər Nazirliyi Ermənistanı və Azərbaycanı təmkinli olmağa və dialoqa çağırır: "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri sakitliyi saxlaya biləcək və gərginlikdən qaçmaq üçün təmkinlilik göstərəcəklər. Problemin siyasi məsləhətləşmələr və dialoq yolu ilə nizama salması üçün danışıqlar prosesi davam etdirilməlidir.
Çin diplomatı vurğulayıb ki, ATƏT-in Minsk qrupu bu məsələdə konstruktiv rol oynayacaq.
Mənbə:> ANSPRESS