Saxta pasportla Azərbaycana gəlmək istəyən əcnəbilər saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Saxta pasportla Azərbaycana gəlmək istəyən əcnəbilər saxlanıldı

Saxta pasportla Azərbaycana gəlmək istəyən əcnəbilər saxlanıldı


Azərbaycanda saxta sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslər saxlanılıb.

Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” aviareysi ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə vizası və üzərilərində yapışdırılmamış saxta Avstraliya vizası aşkarlanaraq saxlanılıblar.

Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycana məxsus saxta elektron viza olduğu üçün saxlanılıb.

Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qaytarılıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *